23 iyun 2026. Çərşənbə axşamı

Məşqçilik təklif edilib, karyeramı bitirmək istəmirəm


Məşqçilik təklif edilib, karyeramı bitirmək istəmirəm

"Mənə "Sumqayıt" klubunda işləmək təklif olunub. Hələ ki, futbolçu karyeramı başa vurmaq istəmirəm. Amma yekun qərarımı yaxın günlərdə verəcəyəm". 

Corner.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"la yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib. 

35 yaşlı müdafiəçi bildirib ki, futbolla vidalaşsa, məşqçi kimi fəaliyyətə başlayacaq. Məlikov Azərbaycan Premyer Liqası başlasa da, qərar vermək barədə tələsmədiyini sözlərinə əlavə edib: "Karyeramı ölkə xaricində davam etdirə bilərəm. Hələ ki, fikirləşirəm. Bəlkə Azərbaycan çempionatında oynadım, heç nə bəlli deyil. Karyeramı bitirsəm, məşqçi kimi işləyəcəyəm, bu, dəqiqdir".

Qeyd edək ki, "Sumqayıt" klubu Rail Məlikova əvəzedici komandanın məşqçilər korpusunda yer almağı təklif edib. "Gənclik şəhəri" təmsilçisi 2016-cı ildən komandada çıxış edən Rail Məlikovla bu yay yollarını ayırıb. 2004 - 2011-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş müdafiəçi ölkədə "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın da formasını geyinib. Məlikov 2014/2015 mövsümündə Türkiyədə "Denizlispor"da legioner həyatı yaşayıb.(report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı