23 iyun 2026. Çərşənbə axşamı

Zədələndiyim üçün məni Sabah'da saxlamaq istəmədilər


Zədələndiyim üçün məni Sabah'da saxlamaq istəmədilər

"Hələ dörd həftə İstanbulda qalacaq, reabilitasiyanı da burada keçəcəyəm".

Corner.az xəbər verir ki, bu fikirləri Türkiyədə əməliyyat olunan "Sabah"ın və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Tağıyev deyib. 

28 yaşlı yaşlı yarımmüdafiəçi hələ heç bir klubla danışıq aparmadığını, bütün fikrini zədəsini sağaltmağa yönəltdiyini söyləyib: "Pandemiya yeni başlayan vaxt fərdi məşq zamanı xəsarət aldım. Klubla danışdıqda məni komandada saxlamaq istəmədilər. Əslində ayrılmağı düşünmürdüm, amma belə qərar verildi. Bu, mənim üçün çətin oldu. Qərar özlərinə xeyir verən idi. Ədalətli qərar verib-vermədiklərini özləri bilərlər".

Tağıyev klubun prezidenti Maqsud Adıgözəlov və digər rəsmi şəxslərlə görüşdüyünü sözlərinə əlavə edib: "Bu görüşlər əsnasında qərarı mənə bildirdilər. Məşqlərdən kənarda zədələndiyim üçün müqaviləyə əsasən, sözləşməmə xitam verə bilərdilər. Mən də sonda razılıq verdim. Əməliyyatımın 1/3 hissəsini ödədilər, qalanlarını isə özüm etdim". 

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, "Qarabağ", "Zirə" və "Sumqayıt"da da çıxış edib. O, 2 dəfə Azərbaycan millisinin formasını geyinib.(report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı