8 may 2026. Cümə

Neftçi uduzdu, Qarabağ xal itirdi


Neftçi uduzdu, Qarabağ xal itirdi

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Turun açılış qarşılaşmasında “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da baş tutan oyun meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb. Qonaqlara dubla imza atan yeni transfer Əli Qurbani qələbə qazandırıb.

Digər oyunda isə "Qarabağ" səfərdə  "Keşlə"nin qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
II tur

11 sentyabr (cümə)

 

“Neftçi” – “Sumqayıt” 0:2
Qol: Ə.Qurbani, 14; 46.
Qırmızı vərəqə: A.Krivotsyuk, 83 (ikinci sarı).

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakı. "Bakcell Arena".


“Keşlə” – “Qarabağ” 0:0
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
Bakı. "ASK Arena".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi