8 avqust 2026. Şənbə

Neftçi Qalatasaray'la oyuna kimi toparlanmalıdır


Neftçi Qalatasaray'la oyuna kimi toparlanmalıdır

"Neftçi" ilə matçın çətin olacağını bilirdik. Bu rəqibə qarşı səfər oyunu hər komanda üçün 2 qat çətinlik yaradıb. Görüşə yaxşı nəticə qazanmaq üçün çıxmışdıq".

Corner.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Premyer Liqanın II turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

32 yaşlı müdafiəçi rəqibi istək və əzmkarlığın hesabına üstələdiklərini bildirib. Hüseynov baş məşqçi Ayxan Abbasovun rəqibə uyğun taktika seçdiyini və bunun qələbə üçün önəmli olduğunu söyləyib. 

Təcrübəli futbolçu "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə qarşılaşmadakı şanslarını da dəyərləndirib: "Qalatasaray" oyunun favoritidir. Hər birimiz istəyirik ki, "Neftçi" növbəti mərhələyə vəsiqə qazansın və ölkənin reytinq xalları artsın".

Azərbaycan millisinin sabiq üzvü İstanbul təmsilçisi ilə matçın "Neftçi" üçün çətin keçəcəyini sözlərinə əlavə edib: "Qalatasaray"ın futbolçularının ustalıq səviyyəsi yüksəkdir. "Neftçi" tez zamanda toparlanmalı və oyuna hazır olmalıdır. İnanıram ki, belə də olacaq. Düşünürəm ki, əzmkarlıq və istək sayəsində "Qalatasaray"ı keçmək olar".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. (report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı