8 avqust 2026. Şənbə

Ayxan Abbasovdan 100-cü oyun, 30-cu qələbə


Ayxan Abbasovdan 100-cü oyun, 30-cu qələbə

Azərbaycan Premyer Liqasının II turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub.

Corner.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib. O, yubiley matçında “Neftçi” üzərində 2:0 hesablı səfər qələbəsinə sevinib.

Baş məşqçi kimi iki klubda - “Zirə” və “Sumqayıt”da çalışan Abbasovun debütü 2017-ci il yanvarın 29-na təsadüf edib. Həmin gün Abbasov ilk matçında “Zirə”nin AZAL üzərində ev qələbəsinə şahid olub – 2:1. Ümumilikdə, 100 qarşılaşmada 38 qələbə görən mütəxəssis 27 heç-heçə və 35 məğlubiyyətdə iştirak edib.

100 oyundan 5-i Avropa Liqası, 12-si Azərbaycan kuboku, 83-ü Azərbaycan Premyer Liqasına təsadüf edib. “Neftçi” ilə görüş həm də Premyer Liqada 30-cu qələbə olub. Abbasov 18 dəfə “Zirə”, 12 dəfə “Sumqayıt”ın baş məşqçisi kimi 3 xal qazanılmasında pay sahibi olub. Onun Premyer Liqadakı digər qarşılaşmalarında komandaları 23 heç-heçə edib və 30 dəfə uduzub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı