8 avqust 2026. Şənbə

Qarabağ'ın qapıçısı İFFHS-in siyahısına düşdü


Qarabağ'ın qapıçısı İFFHS-in siyahısına düşdü

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 660 quru dəqiqə limitini arxada qoyub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün vacib olan göstəricini “Keşlə” ilə II turun matçında arxada qoyub – 0:0.

Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan qolkiper artıq 673 dəqiqədir qapısını toxunulmaz saxlayır. Onun qapısına son qolu həmin görüşün 47-ci dəqiqəsində Tural Bayramlı vurub. Ötən mövsümün son 6 turunda “Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0), “Sumqayıt” (1:0), “Sabah” (0:0) və “Keşlə”dən (2:0) qol buraxmayan Məhəmmədəliyev cari çempionatda ilk turu buraxıb.

Hesabat turunda meydana çıxan qapıçı ardıcıl 7-ci quru oyununa imza atıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı