18 mart 2026. Çərşənbə

Neftçi'nin məğlubiyyətsizlik seriyası qırıldı


Neftçi'nin məğlubiyyətsizlik seriyası qırıldı
"Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Corner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2019-cu il noyabrın 9-da “Keşlə”yə 1:2 hesabı ilə uduzan bakılılar 276 gündən sonra “Sumqayıt”a məğlub olub.
 
Bu dəfə 0:2 hesablı məğlubiyyət alan “ağ-qaralar”ın 10 matçlıq seriyası sona çatıb. Bu müddətdə “Neftçi” 6 oyunda qələbə qazanıb, 4 matçda heç-heçə edib.
 
Bütün turnirlər nəzərə alınmaqla isə son məğlubiyyət ötən il dekabrın 16-da qeydə alınmışdı. Həmin vaxt Azərbaycan kubokunun “Sumqayıt”la görüşündə 0:1 hesabı ilə uduzan “Neftçi” 239 gündən sonra məğlubiyyət alıb. Ardıcıl 9 görüşdə yenilməyən paytaxt klubu 5 qələbə və 4 heç-heçəyə sevinib.
 
Bu, həm də baş məşqçi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub. Debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib. Bu görüşlərdən üçü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbəyə şahid olub.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi