5 noyabr 2026. Cümə axşamı

Keşlə onunla yollarını ayırdı


Keşlə onunla yollarını ayırdı

“Keşlə” futbolçusu Cavid İmamverdiyevlə yollarını ayırıb. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Cavid İmamverdiyev "Keşlə" ilə 1 illik sözləşmə imzalamışdı. 







Misli Premyer liqa