8 avqust 2026. Şənbə

Cavid İmmaverdiyevin yeni klubu


Cavid İmmaverdiyevin yeni klubu
“Sumqayıt” klubu Cavid İmamverdiyevi heyətinə qatıb.
 
Corner.az xəbər verir ki, 2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən Gənclər klubu növbəti futbolçunun keçidini reallaşdırıb. 2017/18 mövsümündə də komandanın şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb.
 
İmamverdiyev yeni komandasında “22” nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Cavid İmamverdiyev 2017/18 mövsümündə "Sumqayıt"ın uğurları üçün çalışıb. Həmin mövsümün bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) 6 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 
Onu da bildirək ki, Cavid “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və A millimizin də (11 oyun, 1 qol) formasını geyinib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı