13 avqust 2026. Cümə axşamı

Bir hücumçu almaq fikrimiz var - Yunis Hüseynov


Bir hücumçu almaq fikrimiz var - Yunis Hüseynov
"Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyunu ilə bağlı açıqlama verib.
 
Corner.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları bildirib:
 
“Maraqlı oyun getdi. İlk hissədən narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. Sadəcə, top qapıya girmirdi. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. İlk hissədə onların qol imkanları bizdən çox oldu. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var.
 
Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar  gedir. Alınsa, bir həftəyə gələcək. Qol vurmaqda çətinlik çəkdiyimiz kimi, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldur. Ancaq göz dəyməsin, qol da buraxmırıq. Müdafiə xətti qapıçıdan başlayır. Sadəcə, qol vurmamışıqsa, bu, pisdir”.






Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer