13 avqust 2026. Cümə axşamı

Keşlə'dən rekord göstərici


Keşlə'dən rekord göstərici

“Keşlə” Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü quru oyununu keçirib.

Corner.az xəbər verir ki, "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun komandası “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib.

Mövsümün ilk üç oyununda qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Bakılılar indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006/07 və 2010/11 mövsümlərində ilk üç matçı quru keçirən paytaxt təmsilçisinin seriyası 4-cü turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.

Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999/2000 mövsümündən güclülər dəstəsində mübarizə aparır.







Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer