23 iyun 2026. Çərşənbə axşamı

Neftçi Qarabağ'ın uğurlu seriyasını qırdı


Neftçi  Qarabağ'ın uğurlu seriyasını qırdı

“Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.

Corner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə matçına təsadüf edib.

Ağdam klubu ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.

Bununla həm də "Qarabağ"ın 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun komandası sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. "Qarabağ" “Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.

“Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, komanda öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. "Qarabağ" sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə uduzub.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı