13 avqust 2026. Cümə axşamı

Üç klub I Divizionda iştirakdan imtina etdi


Üç klub I Divizionda iştirakdan imtina etdi

Azərbaycan Premyer Liqasındakı klublardan 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib. 

Corner.az-ın məlumatına görə, bunlar "Qəbələ", "Zirə" və "Səbail"dir. Paytaxt təmsilçiləri ilə müqayisədə, əyalət komandası ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq. 

"Neftçi", "Qarabağ", "Sabah", "Sumqayıt" və "Keşlə" isə I Divizionda təmsil olunmağa razılıq verib. Daha 5 klub isə "Turan Tovuz", "Zaqatala", "Kəpəz", MOİK və "Qaradağ Lökbatan" olacaq.  

Qeyd edək ki, ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib. 







Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer