24 oktyabr 2024. Cümə axşamı

Milli üçün can qoymuşam, çağırılmamaqda səbəb görmürəm


Milli üçün can qoymuşam, çağırılmamaqda səbəb görmürəm

"Zədəm bir qədər ciddi idi. Dərində yerləşdiyi üçün sağalmağım uzun zaman aldı. Əsas odur ki, bundan sonra hər şey yaxşı olsun". 

Corner.az xəbər verir ki, bu fikirləri "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib. Azərbaycan Premyer Liqasının son iki turunu buraxmış 27 yaşlı hücumçu artıq fərdi məşqlərə başladığını və yaxın vaxtlarda kollektiv çalışmalara start verəcəyini vurğulayıb.

Komandasının çıxışı barədə danışan Ramazanov oyunlarının gündən-günə düzəldiyini söyləyib: "Yeni kollektivimiz bir-birinə öyrəşməkdədir, zamanla daha yaxşı olacaq. Bizə bir az vaxt lazımdır, çünki yeni yığılmış komandayıq. Heyətdə hər birimizi əvəzləyəcək oyunçu var, yoxluğum hiss olunmur".

Forvard zədə səbəbindən əsas heyətdəki yerini itirmə ehtimalına da toxunub: "İlk olaraq, özümə gəlməliyəm. Bunun üçün zaman lazımdır. Sonra isə məşqlərdə özümü yaxşı tərəfdən göstərməli və baş məşqçinin etimadını qazanmalıyam".

Ramazanov UEFA Millətlər Liqasında ilk iki turun Lüksemburq (1:2) və Kiprlə (1:0) görüşləri üçün Azərbaycan yığmasının heyətinə cəlb edilməyib. Futbolçu toplanışa çağırılmamasında hansısa səbəb görmədiyini vurğulayıb. O, millinin hər iki qarşılaşmadakı çıxışlarını da dəyərləndirib: "Futbolçular ilk görüşdə həyəcanlı idilər. Bu səbəbdən, oyunları alınmadı. Kiprdə isə yaxşı oyunla qələbə qazandılar. Növbəti turda Monteneqro səfərində də yaxşı nəticəyə ümid etmək lazımdır. Milliyə dəvət alıb-almayacağımı zaman göstərəcək. Bu günədək hər oyunda canımı qoymuşam. Nə vaxt çağırılsam, yenə elə edəcəyəm". 

Qeyd edək ki, Azərbaycan yığmasının Lüksemburq və Kiprlə oyunlar üçün heyəti avqustun 26-da açıqlanıb. Ağabala Ramazanov isə sentyabrın 12-də "Zirə"nin səfərdə "Səbail"i 2:1 hesabı ilə yendiyi Premyer Liqanın II tur matçından əvvəl məşqdə əzələsindən xəsarət alıb. (report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir