8 avqust 2026. Şənbə

PFL I Diviziondakı yenilikləri açıqladı


PFL I Diviziondakı yenilikləri açıqladı

 Azərbaycan I Divizionu ilə bağlı yeni qaydalar açıqlanıb.

Corner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev aşağı dəstədə 2020/2021 mövsümünün püşkatma mərasimində deyib. 

O bildirib ki, çempionat 27 tur və 3 dövrədən ibarət olacaq: "I dövrəni doğma meydanda oynayan komandalar 3-cü dövrədə də rəqiblərini evdə qəbul edəcək. Hər şey püşkatmanın nəticəsindən asılı olacaq".

Şahgəldiyev I Divizionda limitin "4+6+1" olacağını söyləyib: "Meydana start heyətində çıxan futbolçulardan 4-ü təcrübəli (onlardan 2-si isə əcnəbi də ola bilər), 6-sı yerli (2000-ci təvəllüdlü və daha gənc), 1-i isə 2002-ci il təvəllüdlü olmalıdır. Burada əsas məqsəd aşağı yaş qrupu üzrə yığmalara daha çox oyunçu verməkdir".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı