8 avqust 2026. Şənbə

Son anda qol buraxmağımız bizi üzdü


Son anda qol buraxmağımız bizi üzdü

"Yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü. Bizi sevindirən çox məqam var. Əzmkar çıxışımızı vurğulayıram. Aydın Bayramovun çıxışını xüsusi vurğulayıram. O, əsas heyətə layiqdir".

Corner.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 4-cü tur matçından sonra mətbuat konfransında deyib.

O bildirib ki, ötən mövsüm də çempionatda liderlik etdikləri vaxtlar olub. Baş məşqçi komandanın gücünü yavaş-yavaş artırdıqlarını söyləyib.

Abbasov Cavid İmamverdiyevi təcrübəsi və top saxlaması səbəbindən meydana buraxdığını vurğulayıb: "Cavidə vaxt lazımdır. Onun bizə kömək edəcəyinə inanıram. Hücum xəttində bir Əli Qurbanimiz var".

Baş məşqçi oyun zamanı İsmayıl İbrahimliyə qırmızı vərəqə göstərilməsinin vacibliyini söyləyib: "Eşitdiyimə görə, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məşqçiləri daha çox müzakirə edir. Xətti tapdadığımızı qabardır. Amma hakimlərə də diqqət yetirməlidir. O epizodda qırmızı vərəqə göstərilməli idi".

Baş məşqçi Şimali Makedoniya "Şkendiya"sına rəqibin güclü olması səbəbindən uduzduqlarını söyləyib. O da Qurban Qurbanov kimi 1 xal qazandıqlarını vurğulayıb: "İki xal itirdiyimizi deməyək. Bu böyük-böyük danışmaq olardı" (Report).







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı