5 noyabr 2026. Cümə axşamı

Qarabağ"ın matçı təxirə salındı


Qarabağ"ın matçı təxirə salındı

AFFA Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarına daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqada V turun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın müraciətini, millinin mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq PFL prezidenti Ramin Musayev əmr imzalayıb. 

Əmrə əsasən, çempionat matçı təxirə salınıb. Görüş sentyabrın 4-də keçirilməli idi. 

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək. 







Misli Premyer liqa