5 noyabr 2026. Cümə axşamı

Sabah çempionat oyununa xüsusi formalarla çıxacaq


Sabah çempionat oyununa xüsusi formalarla çıxacaq

"Sabah" klubu bu gün "Keşlə" ilə keçirəcəyi  Azərbaycan Premyer Liqasının V tur matçına xüsusi formalarla çıxacaq. 

Corner.az-ın məlumatına görə, formanın ön hissəsində "Karabakh is Azerbaijan" ("Qarabağ Azərbaycandır") yazısı həkk olunub. Formanın arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı yazılıb. 

Qeyd edək ki, matç saat 15:30-da başlayacaq. 







Misli Premyer liqa