23 iyun 2026. Çərşənbə axşamı

Keşlə liderliyə yüksəldi


Keşlə liderliyə yüksəldi

 Azərbaycan Premyer Liqasında V turun oyunlarına start verilib. 

Corner.az xəbər verir ki, turun açılış matçında "Keşlə" öz meydanında "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 54-cü dəqiqədə Silvio Rodriqes vurub. 90+1-ci dəqiqədə Vüsal İsgəndərli fərqi artırıb. 25 yaşlı yarımmüdafiəçi qol sevincini əsgər salamı verərək qeyd edib. 

Bu nəticədən sonra Yunis Hüseynovun komandası xallarının sayını 8-ə çatdırıb və müvəqqəti də olsa, liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 5-ci yerdədir. 

Qeyd edək ki. V turun "Qəbələ" - "Sumqayıt" və "Zirə" - "Neftçi" matçları oktyabrın 3-də keçiriləcək. "Səbail" - "Qarabağ" dueli isə təxirə salınıb. 







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı