8 may 2026. Cümə

Ozan Can Kökçü: Torpaqları işğaldan azad etməyin vaxtıdır


Ozan Can Kökçü: Torpaqları işğaldan azad etməyin vaxtıdır

"Slovakiya və Gürcüstanla matç komandamız və ölkəmiz üçün önəmlidir. Hər kəs çox istəklidir".

Corner.az xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökçü Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya qarşı keçirəcəkləri oyundan əvvəl deyib.

"Sabah" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi oyunçuların motivasiyalarının yüksək olduğunu bildirib: "Hazırda Ordumuz cəbhədə torpaqlarımız üçün savaşır. Bizim də borcumuz odur ki, tərimizin son damlasına qədər meydanda vuruşaq. Qələbə qazanmaq üçün yola çıxmışıq. Hər kəs meydanda yaxşı nəticə üçün canını qoyacaq".

Kökçü hər zaman Azərbaycan Ordusuna dəstək olduğunu söyləyib: "Biz hamımız türkük. Mən türklüyümlə, millətimlə Ordumuzla hər zaman qürur duyuram. Ermənilər torpaqlarımızı işğal ediblər. Düşünürəm ki, artıq həmin yerləri işğaldan azad etməyin vaxtıdır. Allah Ordumuza güc versin, əsgərlərimizə kömək olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Qarabağ Azərbaycandır!"

Qeyd edək ki, bu gün "Nitra" stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.(report)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi