20 sentyabr 2026. Bazar günü

Premyer Liqada mövsümün rekordu


Premyer Liqada mövsümün rekordu

Futbol üzrə Topaz Premyer Liqasında 2018/2019 mövsümünün yeni azarkeş rekordu müəyyənləşdirilib. 

Corner.az Goal.az-a istinadən Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, VI turun “Sabah” – “Qarabağ” qarşılaşmasında 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur. Bunadək ən çox tamaşaçı III turun “Qarabağ” – “Neftçi” matçında qeydə alınıb. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

VI turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.

Qeyd edək ki, "Neftçi" ilə matçda 1:1 hesablı heç-heçə edən "Qarabağ" "Sabah"la görüşdə qələbə qazanıb - 2:0. 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol