8 avqust 2026. Şənbə

Neftçi və Sumqayıt'dan çətin qələbə


Neftçi və Sumqayıt'dan çətin qələbə

Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş keçirilib.

 “Neftçi” öz meydanında “Sabah”la qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib ayrılıblar.

Turun qapanış matçında isə “Sumqayıt” öz meydanında “Zirə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə də 3 xalı meydan sahibləri qazanıb.

Xatırladaq ki, ilk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
6-cı tur

18 oktyabr

“Neftçi” – “Sabah” 1:0
Qol: N.Ələsgərov, 29.
Qırmızı vərəqə: M.Kane, 75 (ikinci sarı).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”.

“Sumqayıt” – “Zirə” 2:1
Qol: R.Sadıxov, 30-pen. T.Mütəllimov, 59 – D.Volkov, 35.
Matçın 28-ci dəqiqəsində Ə.Qurbani penaltidən yararlana bilməyib (kənara)
Qırmızı vərəqə: K.Diniyev, 90+4.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. “Kapital Bank Arena”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı