8 avqust 2026. Şənbə

Sumqayıt'dan qələbə, Qarabağ xal itirdi


Sumqayıt'dan qələbə, Qarabağ xal itirdi
Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncun oyun günündə də iki qarşılaşma keçirilib. Bu iki görüşlə həm də çempionatın birinci dövrəsinə yekun vurulub.
 
Günün ilk görüşündə “Sabah” öz meydanında “Sumqayıt”la üz-üzə gəlib. Masazırdakı görüşdə qapılara üç qol vurulub. Görüş qonaqların qələbəsi ilə başa çatıb. Sumqayıt təmsilçisi bu qələbə ilə liderliyə yüksəlib.
 
Turun qapanış matçında isə son çempion “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Bu oyunda isə qapılara qol vurulmayıb.
 
İlk oyun günündə “Neftçi” “Keşlə”ni səfərdə 1:0 hesabıyla məğlub edib, “Qəbələ” - “Səbail” matçında qalib müəyyənləşməyib - 1:1.
 
Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr
 
“Sabah” – “Sumqayıt” 1:2
Qol: C.İmamverdiyev, 64-öz qapısına - Ə.Qurbani, 27. S.Abdullazadə, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”.


“Zirə” – “Qarabağ” 0:0
Qırmızı vərəqə: R.Məmmədov, 68 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı