8 avqust 2026. Şənbə

Qəbələ'dən ilk qələbə, Zirə heç-heçə etdi


Qəbələ'dən ilk qələbə, Zirə heç-heçə etdi

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Öncə “Qəbələ” öz meydanında “Sabah”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu matç “Qəbələ”nin ilk qələbəsi, “Sabah”ın isə ardıcıl 5-ci məğlubiyyəti ilə yekunlaşıb. Günün digər oyununda “Zirə” öz meydanında “Səbail”lə qarşılaşıb. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Turun qalan iki oyunu (“Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Keşlə”) sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
VIII tur

31 oktyabr

“Qəbələ” – “Sabah” 2:1
Qol: Y.Nəbiyev, 31. N.Raysel, 54 – R.Şeydayev, 80.
Qırmızı vərəqə: N.Vuyadinoviç, 69.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Zirə” – “Səbail” 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı