8 avqust 2026. Şənbə

Layiqli qələbə qazandıq - Elmar Baxşıyev


Layiqli qələbə qazandıq - Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ” – “Sabah” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Corner.az sizi 40 yaşlı mütəxəssis oyun haqda fikirlərini belə izah edib:
 
“Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikirləri Qarabağdadır. Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadır. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqlarımızı qaytaracaq. Qarşılaşmaya gəlincə, indiyədək keçirdiyimiz matçlara nəzər yetirsək, komanda olaraq çox keyfiyyətli oynayırdıq. Çalışırdıq ki, hücumda yaxşı futbol göstərək. Sadəcə qələbə çatmırdı. Bu gün fərdi oyunçularla deyil, komanda şəklində məzmunlu oynayıb qalib gəldik. Heyəti son anda gücləndirə bildik. Yeni oyunçular gec, bəziləri II-III turda sıralarımıza qoşuldu. Futbolda oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Biz məşqlərdə görürdük ki, hansısa komponentdə daha da yaxşılaşır.  Komandanın çıxışından razıyam, hücumda oynamağa çalışır. Hər oyunda 4-5 qol şansımız olur. Lakin dəyərləndirə bilmirdik. Qələbə olmayanda soyuqqanlılıq da itir. Bu gün layiqli qələbə qazandıq. İnanıram ki, daha yaxşı olacaq. Əvəzlənən qapıçımız Anar Nəzirov dizində ağrılar hiss etdi. MRT müayinəsindən sonra durumunu dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuruq. Anar daha təcrübəlidir. Tərlan Əhmədli də onu əvəz edə biləcək qolkiperdir”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı