18 mart 2026. Çərşənbə

Qarabağ klubu bəyanat yaydı


Qarabağ klubu bəyanat yaydı

“Qarabağ” klubu Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayıb.

Corner.az xəbər verir ki, klubun bununla bağlı yaydığı bəyanatda deyilir:

“Bildirmək istərdik ki, "Qarabağ" Futbol Klubu hər zaman idman prinsiplərinə, ali futbol qurumu olan UEFA-nın Ədalətli Oyun (Fair Play), İrqçiliyə yox (No Racism) və digər bütün qaydalarına riayət edir, eyni zamanda, Azərbaycanın ərazi haqqı və bütövlüyünü dəstəkləməkdə möhkəmdir. İşimiz futboldur və tezliklə oyunlarımızı Qarabağdakı öz əzəli stadionumuzda oynaya biləcəyimizə inamımız sonsuzdur. Biz düşünürük ki, idmanın şahı sayılan futbol öz yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqının illər boyu çəkdiyi əziyyətini beynəlxalq səviyyədə məlumatlandırmaq üçün ən yaxşı dinc vasitədir. Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəfələrlə bildirildiyi kimi, milliyyətindən asılı olmayaraq mülki şəxslərə edilən hər hansı bir hücumu pisləyir, Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayırıq. Bu hücumlar nəticəsində günahsız mülki şəxslərin dağıntılarına, itkilərinə və əzablarına beynəlxalq cavab tələb edirik.

"Qarabağ" Futbol Klubu olaraq mənəvi, humanist dəyərlərimizə, insanlığın birliyinə və həyatın müqəddəsliyinə inamımıza bağlılığımıza sadiq qalırıq. Bu inam kökləri milli mədəniyyətimizdə, böyük filosofumuz İmaməddin Nəsiminin şeirlərində, komanda üzvlərimizin hər birinin ürəyində tapır”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi