23 iyun 2026. Çərşənbə axşamı

UEFA 10 illik nəticələrinə görə Qarabağ'a pul ödədi


UEFA 10 illik nəticələrinə görə Qarabağ'a pul ödədi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində iştirakı və son 10 il ərzində göstərdiyi nəticələrlə əlaqədar (UEFA-nın əmsallar reytinqinə əsasən) kluba maliyyə vəsaiti daxil olub.

Corner.az-ın məlumatına görə, vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

UEFA Azərbaycan çempionuna Avropa Liqasının qrup mərhələsində iştiraka görə 2,750,000 avro, 10 illik nəticələrə əsasən isə 1,214,310 avro ödəyib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının I qrupunda mübarizə aparır. Ağdam klubu ilk matçında Təl-Əvivdə İsrail "Makkabi"sinə 0:1 hesabı ilə uduzub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İstanbulda İspaniya "Vilyarreal"ına məğlub olub - 1:3. "Köhlən atlar" üçüncü matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq. Noyabrın 5-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. UEFA-nın qərarına əsasən, ölkə çempionu ev oyunlarını neytral meydanda keçirir.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı