8 may 2026. Cümə

Qurban Qurbanovdan çox şey öyrənmişəm


Qurban Qurbanovdan çox şey öyrənmişəm

"Qurban Qurbanov insan kimi çox yaxşıdır. Həmçinin mənim xoşuma gələn çox yaxşı iş üslubu var".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina "Planeta Futbol" nəşrinə açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə danışarkən deyib.

Kolumbiyalı müdafiəçi 48 yaşlı mütəxəssisdən çox şey öyrəndiyini bildirib: "Onun rəhbərliyi altında bir çox yeniliklərlə tanış olmuşam. Baş məşqçi futbolçulara çox inanır və bizə meydanda sərbəstlik verir. Bu isə oyunçuları sakitləşdirir".

27 yaşlı oyunçu uzun illər çıxış etdiyi Portuqaliya çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edib: "Burada ispan üslubuna yaxın futbol oynanılır. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır".

Gələcək karyerasından da söz açan Medina hələlik ölkəsinə qayıtmaq barədə düşünmədiyini söyləyib: "Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti məni daha çox cəlb edir".

Qeyd edək ki, Kevin Medina "Qarabağ"a cari mövsümün əvvəlində "Şaveş" klubundan keçib.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi