16 mart 2026. Bazar ertəsi

Liderlərin duelində MOİK qalib gəldi


Liderlərin duelində MOİK qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 6-cı tura start verilib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Hesabat turu itkisiz irəliləyən iki komandanın – MOİK və “Sumqayıt-2”-nin dueli ilə əlamətdar olub. Bu komandaların görüşündə “hərbçilər” darmadağınla qalib gəliblər.

“Zaqatala” doğma meydanda “Zirə”nin əvəzediciləri üzərində inamlı qələbəyə sevinib.

“Neftçi-2” – “Şüvəlan” və “Qarabağ-2” – “Səbail-2” görüşlərində isə qalib müəyyənləşməyib.

Birinci divizion, 6-cı tur

3 oktyabr

Qarabağ-2 - Səbail-2 1:1

Qol: Nihad Tamazov, 90+3 – Nurlan Rzazadə, 19.

Hakimlər: Nahid Xasıyev, Zöhrab Abbasov, Müslüm Əliyev, Bəxtiyar Gözəlov

Hakim-inspektor: Vasif Məmmədov

AFFA nümayəndəsi: Elşad Ağayev

Tofiq Bəhramov adına Respublika stadionu, 15:30

Zaqatala - Zirə-2 3:1

Qol: Elçin Əlicanov, 3. Cavid Kazımov, 64. Maqsud Əkbərov, 66 – Ülvi İbrahimov, 27.

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Samir Hacıyev, Rauf Allahverdiyev

Hakim-inspektor: Rufulla Kərimov

AFFA nümayəndəsi: Vahid Hüseynov

Zaqatala şəhər stadionu, 15:30

Neftçi-2 - Şüvəlan 1:1

Qol: Muxtar Əliyev, 48 – Akif Tağıyev, 42-pen.

Hakimlər: Ramil Diniyev, Cəmil Quliyev, Elşən Acalov, Rəsul Babayev

Hakim-inspektor: Akif Məmmədov

AFFA nümayəndəsi: Qurban Məmmədov

“ASK Arena”, 16:00

MOİK - Sumqayıt-2 3:0

Qol: Raul Yaqubzadə, 29-pen. Mübarək Şaquliyev, 45. Rəvan Babazadə, 81.

Hakimlər: Rəvan Həmzəzadə, Vaqif Musayev, Cavanşir Yusifov, Xəlil Xəlilov

Hakim-inspektor: Azad Hüseynov

AFFA nümayəndəsi: Şakir Əmrahov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30

4 oktyabr

Keşlə-2 - Ağsu

Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Rahil Ramazanov, Elçin Abdullayev

Hakim-inspektor: Xudaverdi Tumasov

AFFA nümayəndəsi: Sahib Əliyev

“ASK Arena”, 15:30

Qaradağ Lökbatan - Turan Tovuz

Hakimlər: Eldar Qorxmazov, Maqsud Şıxəliyev, Hüseyn Əsgərov, Elgün Hüseynov

Hakim-inspektor: Əvəz Şıxıyev

AFFA nümayəndəsi: Sabir Mütəllimov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30

Sabah-2 - Kəpəz

Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Rəşadət Cəfərov, Ramiz Məhərrəmov

Hakim-inspektor: İrina İsgəndərova

AFFA nümayəndəsi: Rauf Yusifov

Binə qəsəbə stadionu, 15:30







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi