4 may 2026. Bazar ertəsi

Qarabağ Neftçi'ni darmadağın etdi, Sabah'dan 6- ı məğlubiyyət


Qarabağ Neftçi'ni darmadağın etdi, Sabah'dan 6- ı məğlubiyyət

Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

 “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib. Azərbaycan derbisində qalib gələn komanda liderliyə yüksələcəkdi. Ötən tur “Keşlə”ni darmadağın edən “Qarabağ” bu dəfə də əzəli rəqibini böyük hesabla məğlub edib.

Günün sonuncu matçında isə “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin “Sabah”ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınmışdı. Qarşılaşmanın taleyini bir qol həll edib. Zirəlilər səfər matçında 3 xalı 1 qolla qazanıb.Bu, Visente Qomesin rəhbərlik etdiyi “Sabah”ın ardıcıl altıncı məğlubiyyətidir.

Qeyd edək ki, ilk oyun günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etmişdi.

Azərbaycan Premyer Liqası
9-cu tur

8 noyabr

“Neftçi” – “Qarabağ” 0:6
Qol: F.Ozobiç, 20; 29-pen; 52. M.Emreli, 39. A.Zubir, 50. M.Qurbanlı, 75.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Bakcell Arena”.

"Sabah” – “Zirə” 0:1
Qol: A.Ramazanov, 58.
43-cü dəqiqədə R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Qırmızı vərəqə: M.Albino, 90 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Masazır. “Bank Respublika Arena”.







Misli Premyer liqa

“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi