8 avqust 2026. Şənbə

Səfərdə 500-cü qol və üç rekord


Səfərdə 500-cü qol və üç rekord
“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb.
 
Corner.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, qolun müəllifi Filip Ozobiç olub.
 
O, Premyer Liqanın 9-cu turun “Neftçi” ilə görüşündə hesabı açaraq yubiley topunun müəllifi olub. 6:0 hesabı ilə qalib gələn ağdamlılar bu rəqəmi 505-ə də çatdırıb.
 
Xorvatiyalı yarımmüdafiəçinin ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.
 
Bu qarşılaşma üç rekordla da əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyükhesablı səfər qələbəsinin təkrarı olub. Qurban Qurbanovun yetirmələri 2018/19 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı