8 avqust 2026. Şənbə

AFFA Zirə'nin qapıçısını cəzalandırdı


AFFA Zirə'nin qapıçısını cəzalandırdı

AFFA İntizam Komitəsi "Zirə"nin qapıçısı Mateus Albinonu bir oyunluq cəzalandırıb.

Corner.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qolkiperin Premyer Liqanın IX turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Qəsəbə təmsilçisi bunun üçün 200 manat ödəməli olacaq. "Sabah"ın isə 4 oyunçusu sarı vərəqə alıb və kluba 800 manat məbləğində cərimə kəsilib.

Komitə “Sumqayıt” klubuna da eyni cəzanı verib. Buna 5 oyunçunun səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alması səbəb olub.

"Keşlə"nin "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi matçda klubların bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.

"Qarabağ"ın "Neftçi"ni 6:0 hesabı ilə darmadağın etdiyi görüş öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün paytaxt klubu 400 manat cərimə olunub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı