23 iyun 2026. Çərşənbə axşamı

Qəbələ Neftçi'yə uduzdu, Zirə'dən qələbə


Qəbələ Neftçi'yə uduzdu, Zirə'dən qələbə

Azərbaycan Premyer Liqasında 10-cu turun daha iki oyunu baş tutub.

Corner.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.

“Qəbələ” öz meydanında “Neftçi”nı sınağa çəkib. Bu görüş qonaqların baş məşqçisi Samir Abasovun postunda debütü ilə əlamətdar olub. Beş qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.

Günün digər matçında isə “Zirə” öz meydanında “Keşlə” ilə qarşılaşıb. Bu oyunda isə meydan sahibləri qalib gəlib

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
10-cu tur

22 noyabr

“Qəbələ” – “Neftçi” 1:4
Qol: Y.Nəbiyev, 60 – A.Krivotsyuk, 38; 51. N.Ələsgərov, 57. P.İbara, 90+3.
Baş hakim: Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Zirə” – “Keşlə” 3:1
Qol: D.Çantakias, 33. A.Ramazanov, 60. K.Bauk, 90+4 – K.Bauk, 74-öz qapısına.
Baş hakim: Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.








Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı