4 may 2026. Bazar ertəsi

Azərbaycan kubokunun püşkü atıldı


Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb.
 
Corner.az xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.
 
AFFA-nın inzibati binasında keçirilən tədbir “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanıb.
 
Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.
 
Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb.
 
Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.
 
Azərbaycan Kuboku
1/8 final
 
1. “Səbail” - “Zaqatala”
2. “Turan Tovuz” - “Qəbələ”
3. “Sabah” - “Kəpəz”
4. “Qaradağ Lökbatan” - “Zirə”
 
1/4 final
 
5. “Sumqayıt” - 1-ci cütün qalibi
6. “Qarabağ” - 2-ci cütün qalibi
7. “Keşlə” - 3-cü cütün qalibi
8. “Neftçi” - 4-cü cütün qalibi






Misli Premyer liqa

“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi