7 may 2026. Cümə axşamı

Baş məşqçi bir illik cəzalandı


Baş məşqçi bir illik cəzalandı

AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş zorakılıq halları ilə əlaqədar tədbirlər görüb. 

Corner.az Goal.az-a istinadən xəbər verir ki, U-13 Liqasında Sumqayıt “UGİM 1”i ilə oyun başa çatandan sonra “Laçın” (Pirəküşkül) komandasının məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlara yol verərək, hakimə fiziki təsir göstərib. Nəticədə o, 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. 

Bundan başqa "Uğur" (Ucar) komandasının futbolçusu Musa Hacızadə "Sabirabad"la matçda öz komanda yoldaşını təhqir edib. Nəticədə meydandan kənarlaşdırılmış oyunçuya 2 matçlıq cəza tətbiq olunub. 

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında keçirilmiş “Avanqart” – “Star Karqo” matçında da oxşar hal yaşanıb. Həmin qarşılaşmada isə “Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Məmmədov bu hərəkətinə görə 4 oyunluq cəzalandırılıb. 

İkinci Liqanın “Bibi-Heybət” – “Baku Fire-2” görüşünün hakimi də təhqirlə üzləşib. Federasiya “Baku Fire-2”nin oyunçusu Fikrət Zeynallıya 4 oyunluq cəza kəsib. 







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi