20 sentyabr 2026. Bazar günü

Paytaxt klublarının 14-cü dueli


Paytaxt klublarının 14-cü dueli

Bu həftə Topaz Premyer Liqasında 2-ci dövrəyə start veriləcək.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, milli komandaların oyunlarından sonra baş tutacaq 8-ci turda “Zirə” “Keşlə” ilə üz-üzə gələcək. Oktyabrın 21-də “ASK Arena”da keçiriləcək matç tərəflər arasında 14-cü duel olacaq.

İndiyədək 13 dəfə qarşılaşan komandalar bu görüşlərin böyük hissəsində - 8 dəfə heç-heçə edib. “Zirə” 2 dəfə qalib gəldiyi duellərdə 3 dəfə məğlub olub.

İki komanda arasında matçlarda 25 qol vurulub. “Qartallar” 12, “Keşlə” 13 dəfə fərqlənib. “Zirə” qol sayında geri qalsa da, ardıcıl 9 qarşılaşmadı meydanı top vurmadan tərk etmir.

“Zirə” – “Keşlə” oyunlarının ən yaxşı bombardirləri 2 qol vuran futbolçulardı. “Zirə”nin heyətində Yovan Krneta ilə Milan Duriç fərqlənib.

Paytaxt klubları 7-ci dəfə “Keşlə”nin meydanında üz-üzə gələcək. Səfərdə 1 qələbə qazanıb, 2 heç-heçə edən “Zirə” rəqib meydanından 3 dəfə xalsız ayrılıb. Bu matçlarda meydan sahibləri 5, qonaqlar 4 qol vurub.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol