8 avqust 2026. Şənbə

Qarabağ'ın futbolçusu koronavirusa qalib gəldi


Qarabağ'ın futbolçusu koronavirusa qalib gəldi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov koronavirusdan sağalıb.

Corner.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçinin son testinin nəticəsi mənfi çıxıb. Hazırda Xorvatiyada olan oyunçu bu gün Türkiyənin İstanbul şəhərinə uçaraq, "Qarabağ" klubunun düşərgəsinə qoşulacaq.

Ağdam təmsilçisinin koronavirusdan sağalan kapitanı Maksim Medvedev isə sabah Bakıya qayıdacaq. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Maksim Medvedevin testi UEFA Millətlər Liqasının VI turunda səfərdə Lüksemburqla qarşılaşmadan əvvəl müsbət nəticə verib. Rahil Məmmədovun isə V turda Monteneqro ilə görüşdən əvvəl koronavirusa yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı