8 avqust 2026. Şənbə

Sabah'da kütləvi yoluxma


Sabah'da kütləvi yoluxma

"Sabah" klubu "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XII tur matçından öncə koronavirusa kütləvi yoluxma təhlükəsi ilə üzləşib.

Corner.az-ın məlumatına görə, paytaxt komandasında yoluxma sayı 8-ə yüksəlib.

Daha əvvəl "Sabah"da Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodrigezin testi müsbət nəticələnib. Bundan əlavə, komandanın daha 4 oyunçusunun koronavirusa yoluxduğu ehtimal edilir.

Ulis Dialloda da koronavirus şübhəsi olub, lakin 28 yaşlı malili hücumçudan götürülmüş testin nəticəsi mənfi çıxıb.

"Sabah" bu gün komanda şəklində testdən keçib. Nəticələr gün ərzində açıqlanacaq.

Qeyd edək ki, dekabrın 5-də "Bank Respublika Arena"da təşkil olunacaq "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı