25 oktyabr 2024. Cümə

PFL Azərbaycan Premyer Liqası ilə bağlı qərarını açıqladı


PFL Azərbaycan Premyer Liqası ilə bağlı qərarını açıqladı

AFFA və Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb.

Corner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, müzakirələr nəticəsində Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib.

Bu zaman klubların heyətində koronavirusa yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamlar nəzərə alınıb.

Premyer Liqa
XII tur
20 dekabr


“Sabah” – “Neftçi”
“Keşlə” – “Səbail”
“Zirə” – “Sumqayıt”
“Qəbələ” – “Qarabağ”

Premyer Liqa
XIII tur

24 dekabr

“Səbail” – “Qəbələ”
“Sumqayıt” – “Sabah”
“Neftçi” – “Keşlə”
“Qarabağ” – “Zirə”

Premyer Liqa
21 yanvar

XIV tur

“Zirə” – “Qəbələ”
“Səbail” – “Neftçi”
“Sabah” – “Qarabağ
“Keşlə” – “Sumqayıt”

25 yanvar
Azərbaycan Kuboku, 1/8 final mərhələsi

“Səbail” - “Zaqatala”
“Turan Tovuz” - “Qəbələ”
“Sabah” - “Kəpəz”
“Qaradağ Lökbatan” - “Zirə”

Qeyd edək ki, “Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq.

Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun digər oyunları Peşəkar Futbol Liqasının təsdiq olunmuş təqvimi əsasında baş tutacaq.

Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər.

Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir