8 may 2026. Cümə

Ümid edirəm ki, millidə mənə də şans veriləcək - Cavid Hüseynov


Ümid edirəm ki, millidə mənə də şans veriləcək - Cavid Hüseynov

"Birmənalı şəkildə deyə bilmərəm ki, çempionat davam etdirilsin, ya yox. Çünki vəziyyət yetərincə ciddidir. Ölkədə koronavirusa yoluxma gündən-günə artır".

Corner.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının taleyi barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, koronavirusa yoluxmaqdan ehtiyat edir: "Təkcə özümə görə çox narahat deyiləm. Uşaqlara və böyüklərə yoluxdura bilərəm. Bu səbəbdən, ehtiyatlanıram".

Hüseynovun sözlərinə görə, XII turun təxirə salınmış "Qarabağ"la qarşılaşmasında oynamaq istəyiblər: "Əslində biz həmin matçın təxirə salınmasını istəmirdik. Amma belə qərar verildi. Ondan əvvəlki tur itkilərimizə, koronavirusa yoluxmuş futbolçularımıza rəğmən, "Sumqayıt"la matça çıxdıq və 1:0 hesablı qələbə qazandıq".

Azərbaycan yığmasının da formasını geyinmiş təcrübəli oyunçu UEFA Millətlər Liqasında şans qazana bilməməsindən və komandanın dünya çempinatının seçmə mərhələsindəki imkanlarından da söz açıb: "DÇ-2022-dəki rəqiblərimiz çox ciddidir. Bizi maraqlı oyunlar gözləyir. Real danışsaq, Portuqaliya aşkar favoritdir, amma doğma meydanda bu cür güclü komandalardan xallar almaq mümkündür. Millimiz özünü oyunlara psixoloji cəhətdən hazırlamalıdır. Canni De Byazi mənə Millətlər Liqasında şans vermədi, seçmə mərhələdə yenidən komandaya çağırılacağıma ümid edirəm. Artıq öz klubumda əsas heyətdə oyunlara çıxıram. Yavaş-yavaş formamı yığıram. Millinin qapıları isə hər zaman hər oyunçu üçün açıqdır. Ümid edirəm ki, mənə də şans veriləcək".

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.(report)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi