7 may 2026. Cümə axşamı

Sabah səfərdə qələbə qazandı


Sabah səfərdə qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, həftənin üçüncü matçında Sumqayıt Sabah-ı qəbul edib. Kapital Bank Arena təmirdə olduğu üçün qarşılaşma Dalğa Arenada baş tutub.

Matça fəal başlayan qonaqlar 15-ci dəqiqədə say üstünlüyünə yiyələniblər. Sumqayıtın kapitanı Vurğun Hüseynov debütantın forvardı Marko Deviçin qarşısını kobudluqla aldığı üçün qırmızı vərəqə görüb. Lakin zərərçəkən cərimə zərbəsindən yararlana bilməyib. 

Buna rəğmən, Sabah 36-cı dəqiqədə istəyinə çatıb. Miloş Bosançiç rəqib müdafiəçinin başla geri qaytardığı topu güclü zərbə ilə tora qovuşdurub.

Oyunun qalan bölümündə hər iki komandanın qol vurmaq üçün imkanları olsa da, hesab dəyişməyib. Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran Sabah 3-cü pilləyə yüksəlib. Hesabında 10 xal olan Sumqayıt isə 5-cidir.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi