8 avqust 2026. Şənbə

Nə qədər əcnəbilərə güvənmək olar? - Mahmud Qurbanov


Nə qədər əcnəbilərə güvənmək olar? - Mahmud Qurbanov

"Neçə illərdir yığmaya ancaq əcnəbi mütəxəssislər rəhbərlik edir. Nə qədər əcnəbilərə güvənmək, onlara şans vermək olar?"
 
Corner.az xəbər verir ki, bu sözləri “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov "Futbol+" qəzetinə açıqlamasında deyib.


Milli komandalarımızda yerli məşqçilərə şans verilməli olduğunu bildirən 47 yaşlı məşqçi özünün nəyə qadir olduğunu göstərmək istədiyini qeyd edib:

"Mən Mahmud Qurbanov da işləmək, özümü təsdiq etmək istəyirəm. Bunun üçün savadım da var, təcrübəm də. Futbolçu kimi ölkə futbolunun tarixində qoyduğum izi məşqçi kimi də təkrarlamaq istəyirəm. Bunu narazılıq, giley-güzar kimi qəbul etməyin. Buna haqqım çatır. Məşqçi kimi nəyə qadir olduğumu göstərmək istəyirəm. Əcnəbinin rəhbərliyi altında görün neçə tsikl boşa verilib, ancaq yenə onlara etibar edirlər. Özümüzünkü isə bir dəfə uğursuzluğa düçar olan kimi postundan uzaqlaşdırırlar. Azərbaycan futbolunu qaldıran, yeni səviyyəyə yüksəldən məhz azərbaycanlı məşqçi olacaq"







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı