8 avqust 2026. Şənbə

Neftçi'yə qol vurmağa çalışacam - Ramil Şeydayev


Neftçi'yə qol vurmağa çalışacam - Ramil Şeydayev

"Məcburi fasilənin komandaya necə təsir etməsi barədə dəqiq bir şey deyə bilmərəm. Bunu qarşıdakı oyunlar göstərəcək".

Corner.az xəbər verir ki, bunu "Sabah" klubunun futbolçusu Ramil Şeydayev deyib.

Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşən 24 yaşlı hücumçu meydana qələbə üçün çıxacaqlarını bildirib: "Bizi çətin oyun gözləyir. Mütləq qalib gəlməli olduğumuz qarşılaşmadır. Fikrimcə, maraqlı görüş olacaq".

Son vaxtlar start heyətinə düşməkdə və qol vurmaqda çətinlik çəkən forvard komandasının yaxşı nəticə qazanmasının daha vacib olduğunu vurğulayıb: "Əsas olan komandanın qalib gəlməsidir. Qarşıdakı oyunlarda da bunun üçün əlimdən gələni edəcəyəm. Sabahkı matçda, əlbəttə, qol vurmağa çalışacağam".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 17:15-də start götürəcək.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı