5 noyabr 2026. Cümə axşamı

Neftçi onunla yollarını ayırdı


Neftçi onunla yollarını ayırdı

"Neftçi” futbolçusu Prins İbara ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, İbara sentyabrda icarə əsasında Belçikanın "Birşot” klubundan "Neftçi”yə keçib. O, "ağ-qaralar"ın heyətində 8 oyuna çıxıb və 1 qol vurub.







Misli Premyer liqa