20 sentyabr 2026. Bazar günü

Neftçi - Qarabağ oyunu El Clasicoya görə tez start götürəcək


Neftçi - Qarabağ oyunu El Clasicoya görə tez start götürəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib. 

Corner.az Goal.az-a istinadən xəbər verir ki, tura oktyabrın 27-də "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək. 

Növbəti günün ilk görüşündə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Tura mərkəzi qarşılaşma hesab olunan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında El Klasiko adlandırılan "Barcelona" - "Real Madrid" matçının saat 19:15-də başlaması ilə əlaqədardır. 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol