18 mart 2026. Çərşənbə

Legionerlərin olmaması bizə təsir etmir


Legionerlərin olmaması bizə təsir etmir

"Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.

31 yaşlı qolkiper sabahdan etibarən komanda şəklində məşq edəcəklərini bildirib. "Hazırlıq prosesi normal davam edir. Çalışırıq ki, əhval-ruhiyyə yüksək olsun və çempionata yaxşı hazırlaşaq".

Məmmədov legionerlərin komandada olmamasına da münasibət bildirib: "Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam tərkibdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionerlərin olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XIV turunda yanvarın 21-də "Səbail"in qonağı olacaq.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi