5 avqust 2026. Çərşənbə

Vurğun Hüseynov cəzalandı


Vurğun Hüseynov cəzalandı
AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynovu bir oyunluq cəzalandırıb.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, səbəb 30 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la ev matçının 15-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almasıdır. Klub isə meydandan qovulan kapitanına görə 200 manat cərimə ödəməli olacaq. 

Daha əvvəl "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov bu oyundan sonra təşkil olunan mətbuat konfransında Hüseynovun klub tərəfindən də cəzalandırılacağını açıqlayıb. Təcrübəli futbolçu növbəti turda "Qəbələ" ilə ev oyununda iştirak etməyəcək. 

"Sabah" isə bu görüş zamanı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib. Qarşılaşma "Sumqayıt"ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Analoji cəzaya "Zirə" klubu da məruz qalıb. Qəsəbə təmsilçisinin 4 oyunçusu səfərdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə alıb. 






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı