8 may 2026. Cümə

Mahir Emreli'yə Polşa klubundan təklif gəlib


Mahir Emreli'yə Polşa klubundan təklif gəlib

"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Sabah" 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Qış fasiləsindən sonra öz oyunu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".

Qurbanov yeni təsis olunan Konfrans Liqası barədə də danışıb: "Avropa Liqası ilə Konfrans Liqası arasında fərq var. Bu turniri də gözləmək lazımdır. Bəlkə, öz fərqliliyi olacaq. Bizim hər zaman məqsədimiz yuxarı pillə olub. Konfrans Liqası büdcəsi az olan klublara təsir edə bilər. Amma hələ mükafat fondu açıqlanmayıb. Lakin Çempionlar Liqası və Avropa Liqasının yeri fərqlidir".

Baş məşqçinin sözlərinə görə, qışda transfer etmək çox çətindir: "Passiv görünə bilərik, amma oyunçu tapmaq asan deyil. Bu gün heyətimizdə problemlər var idi. Biz özümüz də transfer etmək istəyirik. İndi olmasa da, yayda ola bilər".

Təcrübəli mütəxəssis Bakıdakı təlim-məşq toplanışını da dəyərləndirib: "Bakıda toplanış keçmək hazırlığa ciddi təsir etmədi. Çünki vaxtımız az idi. Toplanışdan razı qaldım".

Baş məşqçi "Qarabağ"ın Mətbuat katibi Nurlan İbrahimovun istefasından da söz açıb: "Mənim üçün Nurlan haqqında çox danışmaq ağırdır. Sadəcə, heyfslənirəm ki, belə sərt qərar oldu. Klub olaraq ondan məmnun idik. Hamımız üzüldük. Başqa yolu yox idi. Həmişə bizim qəlbimizdədir".

Qurbanov bu gün "Zirə"nin heyətində qol vuran oğlu Musa Qurbanlının çıxışına da toxunub: "İstənilən futbolçu ilə yollarımızı ayıranda peşman olmuram. Bəzi legionerlər burada oynaya bilməyib, amma başqa yerdə 10-15 qol vurur. Musanın getməsi son anda oldu. Rəşad Sadıqov istədi, biz də göndərdik".

Mütəxəssis Donald Geryeyə təklif gəlmədiyini söyləyib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir. Gerye hələ İstanbuldadır"







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi