8 avqust 2026. Şənbə

Sumqayıt Keşlə'ni məğlub etdi


Sumqayıt Keşlə'ni məğlub etdi

 Bu gün keçirilən bir oyunla Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki,  “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Son turlarda qələbə qazana bilməyən komandalar 3 xal sayəsində turnir cədvəlində irəliləməyə çalışıblar. Əvvəlki turlarda uduzan "Keşlə" "Sumqayıt"la matçdan da məğlub ayrılıb. Bu görüşlə çempionatın II dövrəsi başa çatıb.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
XIV tur
22 yanvar (cümə)

"Keşlə" - "Sumqayıt" 0:1
Qol: T.Mütəllimov, 3.
Qırmızı vərəqə: E.Mustafayev, 38.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
"ASK Arena"







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı