8 avqust 2026. Şənbə

Qarabağ Qurban Qurbanovun rəhbərliyi altında 800-cü qolunu vurub


Qarabağ Qurban Qurbanovun rəhbərliyi altında 800-cü qolunu vurub

“Qarabağ” komandası Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qoluna imza atıb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topu Rahil Məmmədov vurub.

26 yaşlı müdafiəçi Premyer Liqanın XIV turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açıb.

2008-ci ilin yayından Ağdam klubunda işləyən 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.

Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola Artim Şakiri imza atıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı